Bu gün günorta saat 13:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə qəsəbədki kafelərdən birində qeydə alınıb.
Xırdalan rayon təcili yardım stansiyasından ANS PRESS-ə verilən ilkin məlumata görə, 6 nəfər xəsarət alıb. Onlardan 1 nəfəri keçinib, 3 nəfər xəstəxanaya yerləşdirilib. İki nəfərin isə xəsarətləri yüngül olub.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.
Hələlik hadisənin nə səbəbdən baş verdiyi dəqiqi bəlli deyil. ANSPRESS
Masazırda kafedə partlayış olub
Masazırda kafedə partlayış baş verib. İlkin məlumata görə, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.




Şərhlər