Masazırda fəhlə 5-ci mərtəbədən yıxılıb
20 May 2010 Cümə Axşamı 13:40
Salyan rayon sakini xəstəxanaya yerləşdirilib.
Abşeron rayonu Masazır qəsəbəsində tikintidə bədbəxt hadisə baş verib. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə mayın 10-u, Masazır qəsəbəsində yerləşən "Gənclər şəhərciyi"ndə baş verib. 19 yaşlı Salyan rayon sakini Ruzigar Nuriddin oğlu Tağıyev 5-ci mərtəbədə taxta daşıyarkən yıxılıb və 1-ci mərtəbədəki taxtaların üstünə düşüb. Yaralı dərhal City Hospital kilinikasına yerləşdirilib.

Kilinikadan ANS PRESS-ə faktı təstiqləyərək bildirdilər ki, xəstə əməliyyat olunub. Hazırda palataya köçürülüb və səhhəti normaldır.

Qeyd edək ki, R. Tağıyev hadisədən 5 gün tikintidə işləməyə başlayıbmış. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar