Hadisə

Masallıda gəlin qayınanasını öldürdü

Bir uşaq anası olan gəlin polis tərəfindən saxlanılıb.

· Xəbərçi
Masallıda gəlin qayınanasını öldürdü
Azərbaycanın Masallı rayonunun Ərkivan kəndində 34 taşlı Fərqanə Bürhan qızı Ağabalayeva qayınanası 47 yaşlı Gülqədəm Hüseyn qızı Abdinovanı qətlə yetirib. Bu barədə ANS PRESS-ə Masallı rayon Prokurorluğundan məlumat verilib. Hadisə dünən axşam saatlarına ailə münaqişəsi zəminində baş verib.

Gəlinin qayınanasının baş nahiyəsindən rezin dəyənəklə vurduğu bildirilir. 9 yaşlı bir uşaq anası F. Ağabalayeva polis əməkdaşları tərəfindən həbs olunub.

Hazırda faktla bağlı Masallı Rayon Prokurorluğunda AR CM-nin 120.1 (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər