Masallı sakini özünü bıçaqladı
14 Oktyabr 2010 Cümə Axşamı 11:55
Masallı sakini özünü bıçaqladı. Hadisə ailə münaqişəsi zəminində olub.
Azərbaycanın Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Masallı rayon polis şöbəsində işi araşdıran müstəntiq Samir Məmmədovun ANS PRES-in bölgə müxbirinə verdiyi məlumata görə, dünən axşam saat 21.00 radələrində Masallı şəhər sakini, 39 yaşlı Əjdər Əvəz oğlu Abuşov ağır bıçaq yarası, döş qəfəsinin sol tərəfinin və qarnın ön divarlarının deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub və dərhal üzərində əməliyyat aparılıb.

Hadisə ailə münaqişəsi zəminində baş verib. 39 yaşlı Əjdər Abuşov özü-özünü bıçaqladığını desə də, hadisənin nə səbəbdən baş verdiyi istintaq nəticəsində aydınlaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar