Ötən gün Masallı rayonunda bir oğlan uşağı tapılıb. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-ya verilən məlumata görə, təqribən 2 yaşında olan bu uşaq rayonun Lürən kəndində aşkarlanaraq rayon polis şöbəsinə gətirilib. Polis uşağı Masallı Mərkəzi Rayon Xəstəxanasına (MRX) təhvil verilib. MRX-dən uşağın müayinə olunduğu və səhhətində heç bir problemin aşkarlanmadığı bildirilib.
Hazırda Masallı polisi uşağın və valideynlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirləri davam etdirir. ANSPRESS
Masallı rayonunda azyaşlı uşaq tapılıb
Yerli polis uşağın valideynlərinin şəxsiyyətini müəyyənləşdirilməyə çalışır.




Şərhlər