Manyak qadın 17-ci qurbanını öldürüb
24 May 2010 Bazar Ertəsi 17:25
Manyak qadın yaşlı və tənha qadınları öldürür.
Rusiyanın Sverdlovsk vilayətində iki illik fasilədən sonra yenidən qoca və tənha qadınları öldürən manyak peyda olub. Belə ki, bu vilayətdə 2002-ci ildən etibarən təqaüdçü və tənha yaşayan yaşlı qadınların öldürülməsi ilə bağlı 16 fakt qeydə alınıb. İstintaq araşdırmalarına görə, bu qətlləri 25-30 yaşlarında, açıq rəngli saçları olan qadın törədir. Yaşlı qadınları çəkiclə öldürən manyak onların yaşadıqları evi alt-üst etsə də, qətl hadisələrinin törətdiyi evlərin heç birindən heç nə götürmür. Milisin ehtimallarına görə, manyak yaşlı qadınların evinə sosial qurumların nümayəndəsi adı altında daxil olur. Öldürlən şəxslərin qonşuları da həmin evlərə gənc bir qadının gəlməsinin şahidi olublar.

Bu dəfə isə manyak 80 yaşlı bir qadını öldürüb və cinayətlərinin sayını 17-yə çatdırıb. Onun da mənzilini alt-üst edən manyak özü ilə heç nə aparmayıb. Qadının iki fotorobotunu hazırlayan milis hətta bir müddət öncə küçələrdə gəzən bütün açıq rəngli saçı olan qadınların əl-barmaq izlərini toplasa da, heç bir nəticə əldə edə bilmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar