Mahaçqala şəhərində naməlum silahlıların hücumu zamanı 7 milis əməkdaşı həlak olub. Bir neçə silahlı şəxs Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin “Priora” avtomobilini oğurlayaraq milis naryadlarına hücumlar edib. Nəticədə Sovetskaya, Hacıyev və Akuşinsk küçələrində 7 milis əməkdaşı qətlə yetilib, bir neçəsi isə yaralanıb.
BBC-nin yaydığı məlumata görə, milis əməkdaşları Kazbek və Orconikidze küçələrində terrorçuların olduğu avtomobilə çataraq atəş açıblar. Nəticədə maşın yanaraq partlayıb. Maşında iki silahlının olduğu bildirilir. anspress
Mahaçqalada qanlı olay
Mahaçqalada qanlı olay. Silahlılar 7 milis əməkdaşını öldürüb.




Şərhlər