Bu gün saat 23.15 radələrində Bakı-Astara yolunda - Lənkəranın girəcəyindəki körpüdə iri yük daşıyan avtomaşın aşıb. Bu barədə «ANS PRESS»ə hadisənin şahidləri məlumat verib. Şahidlər bildiriblər ki, hazırda hadisə yerində FHN-nin iki qaldırıcı kranı var və onlar baş vermiş fəsadları aradan qaldırmağa çalışır.
Şahidlər hadisə zamanı sürücünün xəsarət alıb-almadığı barədə məlumatsız olduqlarını bildiriblər.
İş saatı bitdiyindən faktla əlaqədar Fövqəladə Hallar Nazirliyindən əlavə məlumat almaq mümkün olmayıb. /ANS PRESS/