Hadisə

Lənkəranda uşaq baxçası yandı

Bağçada olan 40 nəfər uşaq yanğınsöndürənlər tərəfindən evakuasiya olunub

· Xəbərçi
Lənkəranda uşaq baxçası yandı
Lənkəran şəhərində Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 240 kv.m olan uşaq bağçasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, baxçadakı otaqlardan birinin tavanının yanar konstruksiyaları 2 kv.m yanıb.

Hadisə zamanı həmin bağçada olan 40 nəfər uşaq yanğınsöndürənlər tərəfindən evakuasiya olunub. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər