Lənkəran rayonunda mənzildə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın rayonun Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 12 km aralı) baş verib.
Ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 130 kvadratmetr sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Lənkərabda ev yanaraq külə döndü
Xəsarət alan olmayıb




Şərhlər