"Kurtlar Vadisi"ndəki intihar faciəyə səbəb oldu
05 İyun 2010 Şənbə 13:50
Filmdəki səhnəni canlandırmaq istəyən 8 yaşlı uşaq boğularaq ölüb.
Türkiyənin İstanbul şəhərində bədbəxt hadisə baş verib. Bu ölkənin “Milliyət” qəzetinin yazdığı xəbərə görə, İstanbulun Beşiktaş rayonunda 8 yaşlı Onur Öztəpə filmdəki intihar səhnəsini canlandırmaq istəyərkən boğularaq ölüb.

Qəzetin yazdığına görə, axşam saatlarında ailəsi televizora baxarkən Onur Öztəpə yan otağa keçərək baçısını da yanına çağırıb. Daha sonra o, "Kurtlar Vadisi Pusu" serialının son bölümündə baş verən intihar hadisəsini canlandırmağa başlayıb.

Bu məqsədlə bacısının gözü qarşısında ipi boynuna keçirib. Elə bu andaca ayağı büdrəyən Onur Öztəpə boşluqda qalaraq çabalamağa başlayıb.

Valideyinləri onu dərhal xəstəxanaya aparıblar. Həkimlərin 1.5 saatlıq ürək massajı etmələrinə baxmayaraq 8 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar