Kürdəmirdə ağır yol qəzası baş verib
27 May 2010 Cümə Axşamı 13:40
Kürdəmirdə ağır yol qəzası baş verib. 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mayın 26-da saat 19.00 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Çöl-Ərəb kənd sakini Əjdər Məmmədov “Mersedes-230” markalı avtomaşını idarə edərkən onu aşırıb.

Nəticədə Ə. Məmmədov və sərnişini, həmyerlisi Fəridə Nağıyeva hadisə yerində ölüb, xəsarət alan digər sərnişinləri, Samir Mikayılov və Telman Qəribov xəstəxanaya yerləşdiriliblər.

T. Qəribova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, S. Mikayılovun vəziyyəti isə qənaətbəxşdir.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar