Qəbələnin Tikanli kəndi yaxınlığındakı meşə zolağında 5 hektardan artıq sahədə hələ də bir neçə yerdə
alovlanma müşahidə olunur. Hazırda həmin ərazidə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və helikopterləri yanğının qarşısını almağa çalışır.
Qeyd edək ki, Qəbələnin Tikanlı kəndi yaxınlığındakı hündür dağ massivində qeydə alınan yanğın artıq 5-ci gündür ki, səngimir. Mütəxəssislər 2 gündür ərazidə əsən küləyin yanğın ocaqlarının alovlanmasına şərait yaratdığını iddia edir. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 400-ə qədər şəxsi heyəti və 2 helikopteri fəaliyyət göstərir.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də bu gün yanğın zonasında olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov ANS-ə açıqlamasında bildirib ki, yanğının qarşısının alınması üçün bütün tədbirlər görülür. Tikanlıdakı alovun digər ərazilərə keçməsinin qarşısı alınır. ANSPRESS
Külək Qəbələdəki yanğın ocaqlarını alovlandırıb
5 hektardan artıq sahənin bir neçə yerində alovlanma müşahidə olunur.




Şərhlər