Hadisə

Komandası uduzan kişi arvadını öldürdü

40 yaşlı ər 44 yaşlı arvadının başına çəkiclə bir neçə zərbə endirib.

· Xəbərçi
Komandası uduzan kişi arvadını öldürdü
ABŞ-ın Pensilvaniya ştatında qəribə qətl hadisəsi baş verib.

Azarkeşlik etdiyi hokkey komandası uduzan ər bunun hirsini arvadından çıxıb. 40 yaşlı Robert Abrams çəkiclə 44 yaşlı arvadının başına bir neçə zərbə endirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Hokkey azarkeşi cinayəti ört-basır etmək üçün evi yandırıb. Ona qarşı qətl, yanğın törətmək və meyiti təzqir etmək ittihamları irəli sürülüb. ANSPRESS

Şərhlər