Kipr sahillərində gəmi batıb, 11 ukraynalı itkin düşüb
13 Dekabr 2009 Bazar 01:25
Gəminin heyət üzvlərindən yalnız birini xilas etmək mümkün olub
Kipr sahillərində “Salla-2” gəmisi batması nəticəsində 11 ukraynalı dənizçi itkin düşüb. Ukrayna Xarici İşlər Naziliyinin məlumatına görə, gəmi Kipr sahillərindən 115 dəniz mili aralıda həyəcan siqnalı verib. Hadisə yerinin yaxınlığında iki ticarət gəmisi və BMT-yə məxsus “Laura Şulte” gəmisi olub və onlar batan gəminin köməyinə gəliblər.

Suda iki xilasetmə qayığı aşkarlanıb və onlardan birində ukraynalı dənizçi olub. Onu Beyret limanına çatdırıblar. Kipr sahil qüvvələri axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Ukrayna səfiri Larnaki limanına gəliğb və xilasetmə işləri ilə birbaşa maraqlanır. Ukrayna XİN-in məlumatına görə, gəminin 12 heyət üzvünün hamısı bu ölkənin vətəndaşlarıdırlar.

Gəmi Toqo limanı ilə üzüb və İsrailin “Sela Shipping LTD” şirkətinə məxsus olub. Bəzi məlumatlarına görə, gəmidə inşaat materialları daşınırmış. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar