Keniyada partlayış
21 Dekabr 2010 Çərşənbə Axşamı 01:50
Uqandaya göndərilməli olan partlayıcı qurğu mənzil başına çatmamış partlayıb
Keniyanın paytaxtı Nayrobidə avtobusun yük yerinə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Hadisə nəticəsində bir nəfər həlak olub, 26 adam xəsarət alıb. Yerli polisin nümayəndəsi Erik Kirayte bildirib ki, ölənin partlayıcı yerləşdirilmiş çantanı avtobusa qoymaq istəyən şəxsi olması barədə ehtimallar var. Lakin bu ehtimal hələ rəsmi təsdiqini tapmayıb.
Partlayıcının yerləşdirilməsinə cəhd edilən avtobus Nayrobidən Uqandanın paytaxtı Kampaluya yola düşməliymiş. Uqandanın təhlükəsizlik qüvvələri isə “Əl Qaidə” ilə bağlılığı olan qruplaşmaların ölkədə terror aktı törətməyə hazırlaşması barədə kəşfiyyat məlumatları ilə əlaqədar yüksək döyüş hazırlığına gətiriliblər. Uqanda hökuməti hesab edir ki, terrorçular ölkədəki bayramqabağı vəziyyətdən yararlanmağa çalışırlar.
Xatırladaq ki, bu ilin iyulunda Kampalada iki güclü partlayış baş vermişdi. Nəticədə 74 nəfər həlak olmuşdu.
DOSTLARINLA PAYLAŞ: