Hadisə

Keçmiş məhkumdan silah-sursat tapılıb

Keçmiş məhkumdan silah-sursat tapılıb. Onun üzərindən narkotik də aşkarlanıb.

· Xəbərçi
Keçmiş məhkumdan silah-sursat tapılıb
Bakıda keçmiş məhkumdan silah-sursat tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyunun 12-si Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şşbəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Ağayev saxlanılıb.

Onun ətarafında aparılmış axtarış zamanı 1 ədəd tapança, 35 ədəd patron, 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng və 0,284 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır. ANSPRESS

Şərhlər