Hadisə

İstanbulda torpaq sürüşməsi

Nəticədə avtomobil yolunun bir hissəsi çöküb

· Xəbərçi
İstanbulda torpaq sürüşməsi
Türkiyənin İstanbul şəhərində yağan yağış torpaq sürüşməsinə səbəb olub. Şəhərin Beşiktaş rayonunda yolun altındakı torpaq bir evin divarının üstünə sürüşüb, yolun isə bir hissəsi çöküb. Evin sakinləri gurultunu eşidərək təlaşla evlərindən çıxaraq çölə qaçıblar.

Yolda olan avtomobillərin hərəkəti çətinləşdiyindən sürücülər yanğınsöndürənlərdən yardım istəyib. Yanğınsöndürənlər sürüşmə nəticəsində iki bina arasında qalan avtomobili oradan çıxarıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Şərhlər