Hadisə

İsraildə sərnişin qatarı yandı

Xilasedicilər zərərçəkənləri evakuasiya edib

· Xəbərçi
İsraildə sərnişin qatarı yandı
İsraildə Hayfa şəhərindən paytaxt Təl-Əvivə istiqamətlənən sərnişin qatarında yanğın baş verib. Yanğın nəticəsində 116 nəfər yaralanıb ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Əvvəlcə qatarın dörd vaqonu yanıb. Bundan təşvişə düşən sərnişinlər qatardan düşməyə çalışıb, onlardan bəziləri pəncərələrin şüşələrini sındırıb. Xilasedicilər zərərçəkənləri evakuasiya edib. Yanğın nəticəsində həmin ərazidən keçən digər qatarların hərəkət qrafiki pozulub.

Hadisənin səbəbi araşdırılır.

Şərhlər