Hadisə

İsmayıllı sakini xalasını bıçaqladı

Hadisə qısqanclıq zəminində baş verib.

· Xəbərçi
İsmayıllı sakini xalasını bıçaqladı
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Lahıc qəsəbəsində yaşayan Zöhrab Dadaşov qısqanclıq zəminində xalası Elmira Dadaşovanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Z. Dadaşov isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. ANSPRESS

Şərhlər