Hadisə

İsmayıllı sakini dayısını ov tüfəngi ilə vurdu

İsmayıllı sakini hadisə yerindən qaçsa da yaxalanıb

· Xəbərçi
İsmayıllı sakini dayısını ov tüfəngi ilə vurdu
İsmayıllıda dayısını ov tüfəngi ilə vuran şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Burovdal kənd sakini, Taleh Məmmədov İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Onun üzərinə baxış zamanı 1 ədəd ov tüfəngi maddi sübut kimi götürülüb.
Qeyd edək ki, o, fevralın 22-də İsmayıllı rayonunun Burovdal kəndinin ərazisində, ailə məişət münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq dayısı Bədəl Məhsumova qolundan xəsarət yetirib.
Hazırda faktla bağlı AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər