İsmayıllı rayonunun 7 kəndinə sel gəlib
16 May 2010 Bazar 13:50
Üç kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Ötən gün İsmayıllı rayonuna yağan güclü yağış rayonda fəsadlar törədib. ANS PRESS-in bölgə müxbirinin məumatına görə, dolu şəklində başlayan yağıntı sonradan leysana çevrilib. Nəticədə rayonun Aşıqbayramlı, Balik, Kürdmaşı, İmişdibi, Qalacıq, İstisu, Mahalı kəndlərinə sel gəlib. Sakinlərin sözlərinə görə, kəndlərdə evlər, həyətyanı sahələrə su dolub. 100 hektara yaxın taxıl və otlaq sahəsi sel suları altında qalıb. Üç – İstisu, Qalacıq və Mahalı kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Adıçəkilən kəndlərər elektrik enerjisinin verilməsidə dayandırılıb.
Kəndlərdə yollar, körpülərədə ciddi ziyan dəyib.

İsmayəllıdakı leysan yağışları Göyçay rayonunada təsir edib. Belə ki, İsmayıllı istiqamətindən gələn sel suları Göyçayın Qaraməryəm, Yekəxana, İncə kəndlərindəki evlərə ziyan vurub.
Qeyd edək ki, leysan yağışları ilə əlaqədar gecə saatlarında İsmayıllı-Qaraməryəm magistral yolu da bağlanıb. Yol bu gün səhərdən yenidən açılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar