İraqda ard-arda üç partlayış baş verib
20 İyun 2010 Bazar 15:35
İraqda ard-arda üç partlayış baş verib. 15 nəfərin öldüyü bildirilir.
İraqın paytaxtı Bağdadda bir-birinin ardınca üç partlayış baş verib. Terror aktları nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb. Ölən və yaralananların əsasən dinc sakinlər olduqları xəbər verilir.

Polisin verdiyi məlumata görə, partlayışlar Bağdadın əsasən şiələr yaşadığı Hurriyə əyalətində baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumatlara görə, birinci partlayışdan sonra əraziyə xeyli sayda insan toplaşıb. Bundan sonra isə ikinci və üçüncü partlayışlar törədilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar