. Bu gün İranın Sistan və Bəlucistan vilayətinin Çabahar şəhərində baş verən terror aktı zamanı 40 nəfər həlak olub.
APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, vilayətin tibbi ekspertiza idarəsinin rəhbəri doktor Fariborz Ayəti terror aktları zamanı çoxlu sayda insan yaralandığını deyib. Yaralıların vəziyyəti ağırdır, onların əksəriyyəti uşaq və qadınlardır. Qeyd edək ki, bu gün İranın Sistan və Bəlucistan vilayətinin Çabahar şəhərində İmam Hüseyn məscidi yaxınlığında iki partlayış baş verib.