Hadisə

İranda qadın edam edilib

Mehin Qədiri 5 qadın və bir kişini öldürməkdə təqsirli bilinib

· Xəbərçi
İranda qadın edam edilib
İranın Qəzvin şəhərində yerləşən həbsxanalardan birində qadın edam edilib. İranın “İRİBNEWS” televiziyasının saytında yer alan məlumata görə, Mehin Qədiri asılaraq öldürülüb. Qadın 2008-ci ildə çoxsaylı ağır cinayətlərə görə həbs edilmişdi. O, 2006-2008-ci illər ərzində beş qadın və bir kişini qətlə yetirərək onlara məxsus əmlakı mənimsəməkdə təqsirli bilinmişdi.

Şərhlər