İranda partlayış nəticəsində 38 nəfər ölüb
15 Dekabr 2010 Çərşənbə 16:15
Ölənlər arasında qadın və uşaqlar da var
İranda bu gün baş verən terror aktı nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. ANS PRESS-in "İRNA" agentliyinə istinadən verdiyi məlumata görə, Cabahar şəhərində məscidin yaxınlığında baş verən partlayışda ölənlər arasında qadın və uşaqlar da var. Yaralıların sayı 50-dən artıqdır.

Bir qədər əvvəl isə İran hökuməti ölkənin cənubunda baş verən hadisə nəticəsində 50 -60 nəfərin zərər çəkdiyini bildirmişdi.

İran mətbuatı yazır ki, məscidə edilən hücum əvvəlcədən planlaşdırılıb. Belə ki, kamikadzelərdən biri özünü təcili yardım avtomobilinin yaxınlığında partladıb. İkinci kamikadze partlayıcı qurğunu işə salmaq istəsə də bunu bacara bilməyib. O, polis tərəfindən yaralanıb, daha bir partlayış törədəcəyi ehtimal edilən üçüncü şəxs də saxlanılıb.

Lakin, ölkənin daxili işlər nazirinin müavini Əli Abdullahi məscidin yaxınlığında iki partlayışın baş verdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar