İranda güclü zəlzələ baş verib
21 Dekabr 2010 Çərşənbə Axşamı 01:10
Dağıntılar və insan təlafatı barədə məlumat yoxdur
İran İslam Respublikasının cənubunda 6.5 bal gücündə zəlzələ baş verib. ANS PRESS “Anadolu” agentliyinə (AA) stinadən xəbər verir ki, yeraltı təkanlar Zahədan şəhərinin 214 km cənubunda qeydə alınıb. Amerika geoloji araşdırmalar mərkəzi yerli vaxtla saat 22.12-də baş vermiş yeraltı təkanların episentrinin yerin 12 km dərinliyində baş verdiyini bildirib. Dağıntılar və insan təlafatı barədə məlumat verilməyib.

Xatırladaq ki, təbii fəlakət 2003-cü ildə 30 000 nəfərin ölümü ilə nəticələnən zəlzələnin baş verdiyi Bəm şəhərinin yaxınlığında baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar