İran silkələndi
05 Yanvar 2011 Çərşənbə 21:05
Bu ölkənin cənubunda Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ olub
İranın cənubunda Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ olub. İranın rəsmi xəbər agentliyi olan İRNA-nın yaydığı məlumata görə, hadisə nəticəsində 16 adam yaralanıb. Yerli vaxtla saat 09:25-də İranın Fars əyalətində baş verən zəlzələ Şiraz, Memesti və Sapidan şəhərlərində daha çox hiss olunub.

Sapidanın Erdekan mahalında yeraltı təkanların təsirindən bəzi binaların şüşüləri sınıb, bir çox kəndlərdə evlərə ciddi ziyan dəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar