Hadisə

İki sərnişin avtobusu toqquşub

Bakıda iki sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində təqribən 7 nəfər xəsarət alıb.

· Xəbərçi
İki sərnişin avtobusu toqquşub
Bakının Qaradağ rayonu ərazisində iki sərnişin avtobusu toqquşub. Hadisə Lökbatan qəsəbəsində, "Sədərək" Ticarət mərkəzinin yaxınlığında baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, günorta saat 12:00 radələrində baş verən qəza nəticəsində 283 və 20 saylı avtobuslar toqquşub. Qəza nəticəsində hər iki avtobusdan 6-7 sərnişin yüngül xəsarətlər alıblar.

İlkin məlumata görə, qəza ticarət mərkəzinə gedən və şəhərə doğru hərəkət edən avtobus sürücülərin bir-birinə yol verməməsi üzündən baş verib.

Faktla bağlı araşdırmalar davam edir. ANSPRESS

Şərhlər