Hadisə

İki bacı dənizdə boğulub

Azərbaycanın Astara rayonunda bədbəxt hadisə baş verib.

· Xəbərçi
İki bacı dənizdə boğulub
Astara rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Maşxan kənd sakinləri, 1990-cı il təvəllüdlü Ağgül Elyar qızı Kərimova və 1992-ci il təvəllüdlü Aytən Elyar qızı Kərimova bacıları ötən gecə saat 22.00 radələrində Xəzər dənizində çimərkən boğulublar. Rayonun hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin əməkdaşları meyitlərin tapılıb ailələrinə verilməsi üçün axtarış tədbirlərinə başlayıblar. APA

Şərhlər