İcra nümayəndəsinin oğlu intihar etdi
    17 Dekabr 2010 Cümə 10:35
    Onun meyiti yaşadığı evin zirzəmisindən tapılıb
    
                	 
    
         Azərbaycanın Zaqatala rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Mamrıx kənd sakini, 25 yaşlı Mövlud Əhməd oğlu Ramazanov özünü asaraq intihar edib. Onun meyiti dünən saat 08.30 radələrində yaşadığı evin zirzəmisində ipdən asılmış vəziyyətdə aşkarlanıb. 
 
 Faktla bağlı Prokurorluqda AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 
 
 Məlumata görə, mərhumun atası kəndin icra nümayəndəsi vəzifəsində çalışır. 
DOSTLARINLA PAYLAŞ: