İcazəsiz dini dərs keçən molla tutulub
10 May 2010 Bazar Ertəsi 13:40
O, Lənkəranda 33 uşağa dərs keçirmiş.
Lənkəranda icazəsiz olaraq dini dərslər keçən molla tutulub. Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Lənkəran şəhərində, şəhər sakini Zaman Vəliyevin evində müxtəlif növ dini kitablar aşkar edilərək götürülüb.
Araşdırma zamanı məlum olub ki, o, xüsusi icazəsi olmadan 17 nəfər yetkinlik yaşına çatmayan və 16 nəfər isə yetkinlik yaşına çatmış şəxslərə dini məzmunda dərslər keçir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: