Hadisə

Hindistanda partlayış: 9 ölü, 45 yaralı

Kafedəki ofisiantlardan biri tapdığı sahibsiz bağlamanı açmaq istəyib və partlayış baş verib

· Xəbərçi
Hindistanda partlayış: 9 ölü, 45 yaralı
Hindistanın qərbindəki Pune şəhərində baş vermiş partlayış nəticəsində 9 nəfər ölüb, 45 nəfər yaralanıb. Ölənlərdən azı biri əcnəbidir. Onun Tayvan vətəndaşı olduğu bldirilir.

Kafedə törədilmiş partlayışa gözə məsuliyyət hələlik heç kim üzərinə götürməyib. İlkin məlumatlara görə, kafedəki ofisiantlardan biri sahibsiz bağlama tapıb və onu açmağa cəhd göstərib. Partlayış da bu zaman baş verib.

Punedəki partlayış 2008-ci ildə Mumbaydakı qanlı hadisədən sonra Hindistanda ilk terror aktıdır.
ANSPRESS

Şərhlər