Heyvanlara qarşı ağılasığmaz vəhşilik
15 İyul 2010 Cümə Axşamı 19:55
İki pişik balasının gözlərinə yapışdırıcı sürtülüb.
Türkiyənin Adıyaman bölgəsində iki pişik balasına qarşı ağılasığmaz vəhşilik edildiyi ortaya çıxıb. Məktəbli bir uşaq gözləri görməyən iki pişik balasını tapdıqdan sonra heyvanlar veterenara aparılıb. Pişik balalarını müayinədən keçirən həkim əvvəlcə onların gözünün yaranmış infeksiya nəticəsində tutulduğunu zənn etsə də, sonradan hər iki balanın gözlərinə yapışdırıcı sürtüldüyünü müəyyən edib.
Pişiklərpin insan vəhşiliyinin qurbanı olduğunu bildirən həkimin sözlərinə görə, günahsız heyvanların gözləri bir həftə müddətində aparılacaq müalicədən sonra yaxşılaşa bilər.
Qüsurlu olsa da, yenidən görmək şansı olan pişiklərə “Barış” və “Ege” adları verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: