Hadisə

Həyat kafesində dava düşüb

Həyat kafesində dava düşüb. Sərxoş müştəri kafenin şüşələrini sındırıb.

· Xəbərçi
Həyat kafesində dava düşüb
Bakıda kafedə dava düşüb. Bu barədə ANS PRESS-ə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən məlumat daxil olub. 1-ci mikrorayonda yerləşən “Həyat” kafesində yeyib-içən 28 yaşlı Bəxtiyar Adil oğlu Əliyev içkinin dəsirindən sərxoş olaraq oradakı adamlarla mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. A.Əliyev kafenin şüşələrini, oradakı stol-stulu və digər əşyaları sındırmağa başlayıb.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Polisə məlumat daxil olduqdan sonra Çevik Polis Alayının əməkdaşları hadisə yerinə gedərək Adili bölməyə gətiriblər. Lakin o, içkinin təsirindən ifadə verə bilmədiyindən hələlik ifadəsi alınmayıb.

Hazırda polis araşdırmaları davam etdirir. ANSPRESS

Şərhlər