Həmkəndlisini bıçaqlayan Qusar sakini axtarılır
02 Avqust 2010 Bazar Ertəsi 22:25
Qusar polisi əməliyyat axtarış təbirləri həyata keçirir.
Avqust ayının 1-dən 2-nə keçən gecə, saat 03:00 radələrində Qusar rayonunun Dibir kəndində bıçaqlanma hadisəsi baş verib. Qusar rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Məhəmməd İbrahimovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, bıçaq yarası almış şəxs kənd sakini 30 yaşlı Feyzulla Xıdır oğlu Xıdırovdur. Onu bıçaqlayan isə 1979-cu il təvəllüdlü həmkəndlisi Bəkərov Cavanşir Arif oğlu olub. Hadisə nəticəsində xəsarət alan Feyzulla Xıdırov rayon xəstəxanasına yerləşdirilib.

Hadisəni törətmiş şəxs isə həmkəndlisini bıçaqladıqdan sonra hadisə yerini tərk edib və onun axtarışları hələ də nəticə verməyib. Müstəntiqin sözlərinə görə Cavanşir Bəkərov barəsində Cinayət Məcəlləsinin 126.1. maddəsi ilə cinayət işi başlanılıb. Hazırda Qusar rayon polis şöbəsinin əməkdaşları Cavanşir Bəkərovun tapılaraq istintaqa təhvil verilməsi üçün müvafiq əməliyyat axtarış təbirləri həyata keçirirlər. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar