Həmkəndlilər çayxanada bıçaqlaşdılar
16 Noyabr 2010 Çərşənbə Axşamı 00:25
Məişət zəminində mübahisə bir həmkəndilyini xəstəxanaya, digərini həbsxanaya saldı
Ötən axşam saat 20 radələrində Xaçmaz rayonu ərazisində bçıqlanma hadisəsi baş verib. Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əhməd Nəcəfovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, insident rayonun Nərəcan kəndindəki çayxanada qeydə alınıb. 21 yaşlı kənd sakini Rəcəb İlyas oğlu Ramazanov məişət zəminində 22 yaşlı həmkəndlisi Daşqın Paşa otğlu Məcidovu bıçaqlanıb.

Daşqın Məcidov aldığı xəsarətlərlə rayon xəstəxanasıüna çatdırılıb. Müayinə zamanı məlum olub ki, o, qara ciyərindən xəsarət alıb, eləcə də döş qəfəsinin sağ hissəsinin kəsilmiş deşilmiş yara əmələ gəlib. Xəstə xəstəxanaya pulmonal şok vəziyyətində gətirilib. Hazırda Daşqı Məcidov əməliyyat olunur. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Rəcəb Ramazanov hadisədən dərhal sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əhməd Nəcəfov bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb. Amma zərərçəkənin aldığı xəsarətlərin dərəcəsinə görə, əməlin Cinayət Məcəlləsinin başqa maddəsi ilə də tövsif olunması istisna deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar