Hadisə

Həbsxanada yanğın

Hadisə Çilinin paytaxtı Santyaqoda baş verib

· Xəbərçi
Həbsxanada yanğın
Çilinin paytaxtı Santyaqo şəhərində güçlü yanğın baş verib. “San Miqel” həbsxanasında baş verən yanğın nəticəsində ilkin məlumatlara görə, 81 nəfər ölüb, 19 nəfər isə yaralanıb. Hadisənın qurbanlarının hamısının məhbuslar olub-olmadığı hələlik məlum deyil.

Həbsxanada 2900 adam olub. Onlarda 200 nəfər evakuasiya edilib.

Yanğının səbəbi araşdırılır. İlkin versiyaya görə, məhbuslar boğulmadan zəhərlənərək ölüb.

Şərhlər