Azərbaycan Hacıqabul rayonu sakini iki nəfərə odlu silahdan atəş açıb. “APA”-nın məlumatına görə hadisə nəticəsində bir nəfər ölüb. Bu barədə məlumat verən Hacıqabul rayon polis şöbəsi bildirib ki, dekabrın 26-da saat 16.00 radələrində rayonun Qubalı-Baloğlan kənd sakini, 1980-ci il təvəllüdlü Atakişiyev Qabil Məhəmmədəli oğlu Bakı sakinlərinə odlu silahdan atəş açıb.
Odlu silahdan aşılan atəş nəticəsində Bakı şəhəri, Yasamal rayon sakini, 1961-ci il təvəllüdlü Ayətullayev Adil Əsədulla oğlu qətlə yetirilib. Digər şəxs, Yasamal rayon sakini, 1959-cu il təvəllüdlü İdrisov İbadulla Seyidəhməd oğlu boyun nahiyəsindən yaralanıb.
Hadisənin təfərrüatları hələlik istintaqa məlum deyil.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Hacııqabulda qətl
Silahlı hücuma məruz qalan Bakı sakinlərinin hansı səbəblə Hacıqabula getdikləri hələlik məlum deyil




Şərhlər