Göyçayda evləri sel basıb
16 İyul 2010 Cümə 14:40
Yağış suları Göyçay rayonuna ciddi ziyan vurub.
İyulun 15-i gecə saatlarından başlayan uzun müddətli yağış Göyçay rayon ərazisinə də ziyan vurub. ANS TV-nin məlumatına görə, rayonun H.Əliyev prospektinin Ərəb kəndi ilə qovuşan hissəsindəki fərdi yaşayış evlərini sel suları basıb.
Bununla yanaşı, əhalinin şəxsi təsərrüfatına da ciddi ziyan dəyib. Bundan başqa, rayonun mərkəzi küçələri də sel sularının gətirdiyi qalın lil qatı ilə örtülüb. Rayon İcra Hakimiyyəti tərəfindən əraziyə gətirilən xüsusi texnikalar vasitəsi ilə çökək ərazilərə yığılıb qalan sel suları sovrularaq Göyçay çayına axıdılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: