Gəncə şəhərində qətl hadisəsi törədilib. Şəhər Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə noyabrın 21-də saat 17:00 radələrində baş verib.
Gəncə sakini 19 yaşlı Xəlil Tağıyev aralarında yaranmış şəxsi münaqişə zəminində 20 yaşlı həmyerlisi Samir Cavadzadəyə kürək və döş nahiyəsindən bıçaqla zərbələr endirib. S.Cavadzadə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda keçinib.
Onların arasında mübahisə çayxanada başlayıb. Tanışların mübahisəsi daha sonra Gəncə Humanitar Litseyin həyətində davam edib. X.Tağıyev elə oradaca S.Cavadzadəni qətlə yetirib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğuda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Gəncədə qətl hadisəsi
Hadisənin nə səbəbdən baş verməsi araşdırılır




Şərhlər