Gəncədə yanğın hadisəsi olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Gəncə şəhəri, Kəpəz rayonunda qeydə alınıb.
"ELŞƏN" MMC-yə məxsus, ümumi sahəsi 500 kvadratmetr olan birmərtəbəli anbarın içərisində ərzaq malları 50 kvadratmetr sahədə yanıb. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Gəncədə MMC-də yanğın olub
Gəncədə MMC-də yanğın olub. Ərzaq məhsulları yanıb.




Şərhlər