Hadisə

Gəncədə ər arvadını bir əli ilə boğdu

Gəncədə ər arvadını bir əli ilə boğdu. Hadisə istirahət parkında baş verib.

· Xəbərçi
Gəncədə ər arvadını bir əli ilə boğdu
Gəncə şəhərində qətl hadisəsi baş verib. 1985-ci il təvəllüdlü Ramil Əli oğlu Cəfərov 1985-ci il təvəllüdlü Aysel Fəxrəddin qızı Cəfərovanı öldürüb. Bu barədə məlumat Milli.Az-a Gəncə şəhər prokurorluğundan məlumat daxil olub. Hadisə Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında baş verib. Şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə foto və video çəkilişlər aparılmaqla baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı R.Cəfərov iyulun 25-də saat 16.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında arvadını qəsdən öldürmək məqsədi ilə sol əli ilə boğaraq həyatdan məhrum edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, A.Cəfərovanın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Cinayəti törətməkdə şübhəli bilinən R.Cəfərov həmin gün saxlanılmış və o, dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir. ANSPRESS

Şərhlər