Hadisə

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparılır.

· Xəbərçi
Gəncədə bıçaqlanma hadisəsi baş verib
Bu gün saat 15:10 radələrində Gəncə şəhəri, Təbriz küçəsində bıçaqlanma hadisəsi baş verib. Belə ki, naməlum şəxs Gəncə şəhər sakini Şəfaət Nəcəfovu sifətindən bıçaqla vuraraq hadisə yerindən qaçıb. Gəncə şəhər polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisəni törədən şəxs hazırda axtarılır.

Zərərçəkən şəxs dərhal 3 saylı Gəncə şəhər xəstəxanasına çatdırılıb. Xəstəxa həkimi Şahin Quliyev ANS PRESS-ə bildirib ki, Şəfaət Nəcəfov sifətin sol nahiyəsinin kəsilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub.

Qeyd edək ki, dərhal əməliyyat edilən şəxsin vəziyyəti hazırda kafidir.

Faktla bağlı araşdırmalar aparılır. ANSPRESS

Şərhlər