Gəncə polisi 200 kiloqram narkotik maddə aşkar edərək götürüb
14 Avqust 2010 Şənbə 20:55
Narkotik istehsalçısı narkotik vasitələri becərdiyi və satışa hazırladığı ərazinin ətrafında müşahidə kameraları quraşdırıbmış.
Gəncə polisinin apardığı uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər, Şota Rustaveli küçəsi, 61a saylı ünvanda yaşayan, əvvəllər iki dəfə məhkum olunmuş Xudayar Məmmədova məxsus bağ sahəsində aqrotexniki qaydada qulluq edilmiş 200 kiloqram marixuana aşkar edilərək götürülüb. Bu barədə Gəncə şəhər Polis İdarəsinin rəis müavini Nazim Əliyev məlumat verib. Onun sözlərinə görə, narkotik vasitənin 70 kiloqramı qurudularaq satışa hazır vəziyyətə gətirilibmiş.

Xudayar Məmmədovun narkotik bitkini becərdiyi və satışa hazırladığı ərazinin ətrafında xüsusi videokameralar quraşdırdığı da müəyyən olunub.

X.Məmmədov polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirlir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar