Gənc qadın boğazını doğradı
09 Dekabr 2010 Cümə Axşamı 12:05
Qadağanı qoyan isə onun qeyri-rəsmi yaşadığı kişidir
Bakının Sabunçu rayonunda gənc qız özünə qəsd edib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Buzovna sakini 18 yaşlı Səfurə Qasımova ülgüclə öz boğazını doğrayıb. Hadisə dekabrın 8-də axşam saatlarında Maştağa qəsəbəsi Daş karxanası yaşayış sahəsində baş verib.
S.Qasımovanın özünü doğramasına səbəb sevgilisinin onun dünyaya uşaq gətirməsinə imkan verməməsi olub. Belə ki, S.Qasımova bir müddətdir Maştağa qəsəbəsində bir nəfərlə qeyri-rəsmi yaşayır. O, uşaq dünyaya gətirmək istəsə də, sevgilisi buna razı olmayıb. Hadisə də elə bu mübahisə zamanı törədilib. Dünən Səfurə onunla yenə uşaq üstündə dava edib. Dava zamanı əsəbləşən Səfurə ülgüclə boğazını kəsib. O, 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Milli.Az-a verilən məlumata görə, S.Qasımovaya boyunun kəsilmiş xəsarəti diaqnozu qoyulub və əməliyyat olunub. Xeyli qan itirdiyindən onun vəziyyəti ağırdır.
Hadisə ilə bağlı təhqiqat araşdırması aparılır.
DOSTLARINLA PAYLAŞ: