Braziliyada futbol azarkeşi öldürülüb. Hadisə Braziliyanın Qravati şəhərində baş verib. Azarkeş “İnternasional” klubunun Libertadores kubokunu qazanılmasını qeyd edən zaman naməlum şəxslər tərəfindən güllənib.
Daha iki azarkeş də yüngül yara alıb. Hazırda polis azarkeşi qətlə yetirməkdə şübhəli bilinən 5 nəfəri saxlayıb.
Xatırladaq ki, “İnternasional” Meksikanın “Qvadalaxara” klubunu məğlub etməklə Cənubi və Mərkəzi Amerika ölkələrinin Çempionlar Liqası sayılan Libertadores kubokuna sahib çıxmışdı. ANSPRESS
Futbol azarkeşi güllələnib
Hadisə Braziliyanın Qravati şəhərində baş verib.




Şərhlər