Hadisə

Fransada zavodda partlayış olub

Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

· Xəbərçi
Fransada zavodda partlayış olub
Fransanın cənubundakı "Gazeçim" şirkətinə məxsus fabrikdə partlayış olub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Hadisə Lavera yaşayış məntəqəsi yaxınlığında baş verib.

Partlayışdan sonra maye qaz və xlor tədarükü ilə məşğul olan zavodda güclü yanğın başlayıb. "Frans-info" radiosunun yaydığı məlumata görə, hadisə yerinə 50 yanğınsöndürən maşın cəlb edilib. Partlayışın səbəbləri araşdırılır.

Şərhlər