Ermənilər növbəti dəfə atəşkəsi pozub
16 İyul 2010 Cümə 09:40
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 15-də saat 06.30-dan 07.00-dək, saat 07.55-dən 08.10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 12.30-dan 12.55-dək, saat 16.30-dan 16.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.00-dan 23.35-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumta görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANS PRESS
DOSTLARINLA PAYLAŞ: