Ermənilər cəbhə xəttində fəallaşıb
27 İyul 2010 Çərşənbə Axşamı 09:40
Düşmən 7 istiqamətdə mövqelərimizi atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 26-da saat 22.50-dən 23.00-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi, saat 09.50-dən 09.58-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, 10.06-dan 10.35-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 12.25-dən 12.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.30-dan 18.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 18.30-dan 18.40-dək Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, 19.45-dən 20.00-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: